Dövlət Akademik Rus Dram Teatrının əməkdaşları təltif edilib

 

 

Prezident İlham Əliyev martın 17-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illiyi münasibətilə və  Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə teatrın əməkdaşları Baliyeva Natalya Gennadyevna və Əmirbəyova Rita Cəmil qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə, Lerman Viktoriya Anatolyevna, Rudıçev Nikolay Nikolayeviç, Saprıkina Lyudmila Gennadiyevna “Tərəqqi” medalı ilə təltif olunublar.

 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarından Osmanov Fuad Tacəddin oğlunaXalq artisti”, Ağayeva Həcər Maqsud qızı, Dubovitskaya Mariya Aleksandrovna, Əmirbəyov Oleq Arnoldoviç, Hacıyeva Natavan Nizami qızı, İmranova İnna Aleksandrovna, Klimaşeva Bella Vladislavovna, Məmmədov Murad Məmməd oğlu, Omelçenko Yuri Vladimiroviç, Rəhimov Teymur Əsgər oğlu, Sokolenko Milana Aleksandrovna “Əməkdar artist”, Məmmədov İlham Əli İslam oğlu “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb.

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 yaşı 2020-ci ilin dekabrında tamam olub.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.2.