İmperator Dərbəndə gedib

 

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin İmperator pyesi Dərbənd Dövlət Azərbaycan Dram Teatrında tamaşaya hazırlanır.

 

Tamaşaya Kaysin Kuliyev adına Balkar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi və dövlət mükafatı laureatı Maqomed Atmurzayev quruluş verir. Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edirlər.

 

Tamaşanın bu ilin mayında premyerasının olacağı gözlənilir.

 

Bu barədə teatrın direktoru, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov məlumat verib.

 

Qeyd edək ki, İmperator pyesinə ölkəmizdə bir neçə dəfə müxtəlif rejissorlar tərəfindən quruluş verilib, tamaşa İsveçdə həmvətənlərimiz üçünnümayiş etdirilib.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.3.