“Rəşid bəy və Səadət xanım” İran jurnalında

 

 

İranın “Qürub” ədəbiyyat jurnalında Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının fars dilinə tərcümə edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsi dərc olunub.

 

Bu barədə Azərbaycan Dövlət Tərcümə Mərkəzindən məlumat verilib. İ.Qutqaşınlının əsəri Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində İran jurnalında çap edilib.

 

2016-cı ildən nəşrə başlamış jurnalda dünyanın müxtəlif  ölkələrindən yazıçı və şairlərin yaradıcılığını işıqlandırılır.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.8.