Şagirdlər Bahar musiqisi müsabiqəsində uğur qazanıblar

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli Musiqi məktəbinin şagirdləri Qazaxıstanın paytaxtı Nur-Sultanda onlayn formatda keçirilən Bahar musiqisi VIII Beynəlxalq incəsənət müsabiqəsində iştirak ediblər.

 

İdarədən bildirilib ki, musiqi məktəbinin şagirdləri Fortepiano nominasiyasında 8-10 yaş kateqoriyası üzrə Zəhra Quliyeva I dərəcəli diplomlaureat adına, 7 yaşa qədər kateqoriya üzrə Emin Nəsibli II dərəcəli və 14-16 yaş kateqoriyası üzrə Ayla Əliyeva II dərəcəli diploma layiq görülüblər.

 

Məktəbin müəllimləri Könül Nəsirova, Rəna Məmmədova, Zeynəb Həmidova musiqi sahəsində estetik inkişafa töhfə verdiklərinə və iştirakçıları müsabiqəyə hazırladıqlarına görə təşəkkürnamə ilə təltif olunublar.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.5.