Müxtəlif səpkili tədbirlər, onlayn layihələr

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Uşaq incəsənət məktəbi Rəssamlıq şöbəsinin şagirdləri Səbinə Abdullayeva və Səmra Abdulhəmidzadə Ukraynada keçirilən “Show must go on 2021”  (“Şou davam etməlidir”) adlı beynəlxalq onlayn müsabiqədə laureat adına layiq görülüblər. Fortepiano şöbəsinin şagirdi Ləman Məmmədli isə müsabiqənin diplomu ilə təltif olunub. Şagirdlərin müəllimləri Aynur Məsimova və Nigar Cəfərova təşəkkürnamə ilə mükafatlandırılıblar.

 

Qax rayon MKS, S.Vurğun adına Mədəniyyət Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzi Qax nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) doğum gününə (22 mart) həsr olunmuşBizim haqq deyən, haqq söyləyən ziyalımız” adlı videokonfrans keçirilib.

 

Zaqatala rayon Eyvaz Əlixanov adına Yengiyan kənd Mədəniyyət evində “Təbiət ilhama çağırır məni” mövzusunda onlayn tədbir təşkil olunub. Tədbirdə Mədəniyyət evininButafolklor qrupu və dərnək üzvləri iştirak ediblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq incəsənət məktəbinin fortepiano müəllimi Əsmər İbrahimliNizami Gəncəvi İli”nə həsr olunmuş videoçarx hazırlayıb.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi “Milli varlığımızın mötəbər qaynağı” adlı “Kitabi-Dədə Qorqud” dastanına həsr olunan kitabların onlayn biblioqrafik icmalını keçirib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şair, publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin rəhbəri Barat Vüsalın 70 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin və Ağstafa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması məqsədilə Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbində müsabiqə keçirilib. 8 ixtisas üzrə 50-dən artıq şagirdin iştirak etdiyi müsabiqədə qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Qazax rayonunun Çaylı kəndində yaşayan rəssam Nəcməddin Hüseynovun “Mənim babam” əsəri Moskvada keçirilən beynəlxalq sərgidə qızıl medala layiq görülüb.

 

Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirən rəssamın bir sıra əsərləri Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunur.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, YAP rayon təşkilatı, Astara Pedaqoji Kolleci, rayon Tarix-Diyarşünaslıq Muzeyi və şəhər 1 nömrəli tam orta məktəbin iştirakı ilə “Qalib Ordumövzusunda onlayn tədbir keçirilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev dövrünə ziyarət” adlı tədbir keçirilib. Rayonun fəal gənclərinin qatıldığı tədbirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının təbliği olub.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mərkəzin könüllülərinin iştirakı ilə karantin rejiminin tələbləri qorunmaqla tədbir keçirilib. Tədbirdə könüllülərə ziyarətçilərlə yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydaları izah olunub.

 

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.3.