Yaradıcı sənayedə boyaçılıq sənətinin əhəmiyyəti

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəniyyət: problemlər və perspektivlər” adlı doktorant və gənc tədqiqatçıların XIV Beynəlxalq elmi konfransı keçirilib. Ölkəmizin Vətən müharibəsində əldə etdiyi Qələbəyə həsr olunmuş konfrans onlayn formatda gerçəkləşib.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova giriş sözündə gənc tədqiqatçılara uğurlar arzulayıb.

 

Konfrans iki gün (11-12 mart) ərzində bölmə iclasları ilə davam edib. “Sənətşünaslıq”, “Turizm”, “Muzeyşünaslıq”, “Musiqi sənəti”, “Kino, televiziya və digər ekran sənətləri”, “Teatr sənəti”, “Təsviri sənət”, “Fəlsəfə və psixologiya” bölmələrinin iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri dinlənilib.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Nərgiz Əsgərova “Azərbaycan yaradıcı sənayesində boyaçılıq sənətinin əhəmiyyəti” adlı məruzə ilə çıxış edib. Tədqiqat işi Azərbaycan tətbiqi sənətinin, xüsusilə xalçaçılığın ayrılmaz hissəsi olan boyaqçılıq sənətinin tarixini əhatə edir. Məruzədə ənənəvi boyaqçılıq sənəti, boyaqçılar, boyaq bitkiləri, boyaqçılıq sənətinin yaradıcı sənayenin bir hissəsi kimi formalaşmasının əhəmiyyətindən bəhs edilib.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.4.