Yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi

 

Mədəniyyət Nazirliyi ilə British Council (Britaniya Şurası) təşkilatının birgə layihəsi çərçivəsində Azərbaycanda yaradıcı iqtisadiyyatın təşkilati strukturunun dəstəklənməsi mövzusunda onlayn seminar keçirilib.

 

Layihənin məqsədi Azərbaycanın mədəniyyət və yaradıcılıq sektorunda effektiv liderlik və idarəetmənin dəstəklənməsidir.

 

Seminarı britaniyalı ekspertlər uzun müddət Creative England təşkilatının islahatlar üzrə rəhbəri olmuş Qeyl Keyq, Böyük Britaniyada Yaradıcı Sənayelər Şurası adlı təşkilatda çalışmış və bu sahədə geniş təcrübəyə malik Con Zeff və yaradıcı sənayelər üzrə mütəxəssis, Creative Englandın həmtəsisçisi Con Nyubigin aparıblar.

 

Seminarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Turizm Agentliyi, KiçikOrta Biznesin İnkişafı Agentliyi, Dövlət Statistika Komitəsi və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri iştirak ediblər.

 

Seminarın əvvəlində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə və Britaniya Şurasının Azərbaycan üzrə rəhbəri Samr Şah açılış nitqi ilə çıxış edərək qarşılıqlı əməkdaşlıq haqqında məlumat veriblər və yaradıcı sənaye sahələrinin önəmini vurğulayıblar.

 

Sonra seminar ekspertlərin təqdimatları ilə davam edib. Böyük Britaniyada yaradıcı sahənin inkişaf yolu, Azərbaycanın mədəniyyət yaradıcılıq sahələrinin güclü tərəfləri, potensial imkanları, hökumət yaradıcı sektor arasında əməkdaşlıq, yaradıcı sənayelərin iqtisadi mədəni əhəmiyyəti, innovasiyalar, regional inkişaf digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.4.