Nizaminin 880 illiyinə həsr olunmuş biblioqrafik icmal

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər KitabxanasıNizami Gəncəvi İliçərçivəsində layihələr həyata keçirir.

 

Kitabxana tərəfindənƏsrlərin şairi Nizami Gəncəviadlı biblioqrafik icmal hazırlanıb. İcmalda dahi şair mütəfəkkirin həyat yaradıcılığı haqqında ətraflı məlumat verilib, şairin həm Azərbaycan, həm rus dilində çap olunmuş kitablarının biblioqrafik təsviri, əsərlərindən parçalar təqdim edilib.

 

Vəsaitdə həmçinin ədibin iki qəzəli, şeirləri əsasında bəstələnmiş musiqi əsərləri (romans, opera, simfonik əsərlər), virtual kitab sərgisi əksini tapıb.

 

Kitabxana Nizamiyə həsr edilmiş ingilisdilli auditoriya üçün nəzərdə tutulan videoçarx da hazırlayıb. Videoçarxda Nizami Gəncəvinin həyat yaradıcılığı geniş işıqlandırılıb, mütəfəkkir şair dünyanın ən böyük humanist sənətkarlarından biri kimi yad edilib.

 

Sözügedən materiallar Respublika Gənclər Kitabxanasının rəsmi saytında İnstagramsəhifələrində yerləşdirilərək istifadəçi auditoriyasına təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.6.