Yeddi gözəl” Moskva səhnəsində

 

Qara Qarayevin dünyaca məşhur baletinin növbəti nümayişi

 

Martın 30-da Moskva Quberniya Teatrının səhnəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Qara QarayevinYeddi gözəl” baleti nümayiş olunub.

 

SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyiRus baleti” Dövlət Teatrı tərəfindən 2015-ci ildə səhnələşdirilən tamaşanın hər nümayişi böyük maraqla qarşılanır. “Yeddi gözəl” bu il fevralın 9-da Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Rus baletinin  təqdimatında Moskva Quberniya Teatrında nümayiş olunmuşdu.  Baletin eyni səhnədə budəfəki təqdimatı isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

 

Tamaşanın quruluşçu baletmeysterləri Azərbaycanın Xalq artistləri Rəfiqə AxundovaMaqsud Məmmədovdur. “Rus baleti” Dövlət Teatrının baletmeysteri, Azərbaycanın Əməkdar artisti Vitali Axundov  tamaşanın yeni redaksiyasını hazırlayıb. Qeyd edək ki, Vitali Axundov vaxtilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında “Yeddi gözəl” baletində Bəhram şah rolunun ifaçısı olub.

 

Yeddi gözəl” baletinin süjetinin əsasını dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poeması təşkil edir. Sevgi, dostluq, xəyanət, hökmranlıq,  sədaqət və ədalətdən bəhs edən poemanın motivləri əsasında görkəmli bəstəkar Qara Qarayevin yazdığı (libretto müəllifləri İsmayıl Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman) baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında keçirilib.

 

Müxtəlif illərdə “Yeddi gözəl” baleti Rusiya (Moskva, Sankt-Peterburq, Ufa, Saransk, Sıktıvkar, Perm), Belarus, Ukrayna, Türkiyə, ABŞ, Belçika teatrlarında səhnəyə qoyulub.

 

SSRİ Xalq artisti, professor Vyaçeslav Qordeyevin rəhbərliyi ilə fəaliyyət göstərən “Rus baletiMoskva Vilayət Dövlət Akademik Teatrı əksəriyyəti “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, “Jizel”, “Zoluşka”, “Don Kixot”, “Şəhrizad” kimi klassik nümunələrdən ibarət olan geniş repertuara malikdir. Bu teatra klassik xoreoqrafiyanın məşhur nümunələri və onların virtuoz ifası ilə yanaşı, bədii rəhbərin müəllif quruluşları da şöhrət qazandırıb. Hazırda teatrın truppasında 70-dən çox rəqqas, balet müsabiqələrinin laureatları fəaliyyət göstərir. Hər il gənc ifaçıların qoşulduğu truppada ABŞ, İtaliyaYaponiyadan olan balet artistləri də çalışır.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.8.