İslamabadda keçirilən Novruz şənliyində ölkəmizin mədəniyyəti təqdim olunub

 

Azərbaycanın mədəni dəyərləri, milli mətbəxi İslamabadda keçirilən “Novruz 2021” mərasimində təqdim olunub.

 

Tədbirə Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın xarici işlər katibi, xarici ölkələrin Pakistandakı səfirləriictimaiyyətin nümayəndələri, media təmsilçiləri qatılıb.

 

Novruz şənliyində Azərbaycanın Pakistandakı Səfirliyinin pavilyonu da böyük maraq doğurub. Səfirliyin əməkdaşlarının övladlarının ifasında “Yallı” rəqsi də alqışlarla qarşılanıb.

 

Pakistanın birinci xanımı və digər qonaqlar Azərbaycan səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını gəziblər.

 

Şənlik iştirakçılarını təbrik edən Pakistanın birinci xanımı Samina Alvi Novruzun gəlişi ilə təbiətin oyandığını, sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulayıb, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə edib.

 

Tədbirdə iştirak edən qonaqlar Pakistandakı səfirliyimiz tərəfindən sərgilənən milli mətbəx nümunələrindən dolma, plov, qutab, şəkərbura, paxlava və digər təamlara, həmçinin Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Novruz bayramına dair kitablara, eləcə də Azərbaycanın siyasiiqtisadi inkişafını və qədim mədəniyyətini əks etdirən nəşrlərə böyük maraq göstərib.

 

Novruz bayramının atributları, eləcə də yumurta döyüşdürmə yarışı Azərbaycan səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatıb.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.8.