Xalq artisti Ramiz Məmmədov vəfat edib

 

 

Tanınmış aktyor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı səhnə ustası, Xalq artisti Ramiz Məmmədov martın 21-də, ömrünün 70-ci ilində vəfat edib.

 

Ramiz Soltan oğlu Məmmədov 1951-ci il sentyabrın 26-da anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildə Musiqili Komediya Teatrına (indiki Akademik Musiqili Teatr) dəvət olunub. Bu teatrın səhnəsində 70-dən çox tamaşada müxtəlif səpkili rollar oynayıb.

 

AktyorunQızıl toy”da Qədir, “Beş manatlıq gəlin”də Kəblə Hüseynəli, “O olmasın, bu olsun”da Rza bəy, Hambal, Məşədi İbad, “Qayınana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq, evlənərik”də Ağacan, “Bəbirlinin kələkləri”ndə Bəbirli, “Milyonçunun dilənçi oğlu”nda Polis, “Aldın payını, çağır dayınıtamaşasında Fənd Fərəc, “Əlin cibində olsun”da Veysəl, “Olmadı elə, oldu belə”də Dayandur, “Evlənmə”də Anuçkin, “Baladadaşın toy hamamı”nda Qəzənfər s. rolları maraqla qarşılanıb.

 

Azərbaycan TeleviziyasınınSəhər görüşləri”, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahətverilişlərində, eləcə Yaşıl eynəkli adam”, “Qayınana əməliyyatı s. televiziya tamaşalarında oynadığı rollar da ona populyarlıq qazandırıb. Aktyor “Alma almaya bənzər”, “Yalan s. filmlərdə çəkilib.

 

Ramiz Məmmədov 2001-ci ildə respublikanınƏməkdar artisti”, 2013-cü ildəXalq artistifəxri adlarına layiq görülüb. Bir neçə dəfə Prezident mükafatçısı olub.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.5.