Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları

 

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

 

Bəxtiyar Qılıncov 1974-cü ildə anadan olub. Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda bakalavr, Bakı Dövlət Universitetində magistr pilləsi üzrə təhsil alıb. 1999-cu ildən Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında statistika üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gənclər, İdman Turizm, Mədəniyyət Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib. İqtisad üzrə fəlsəfə doktorudur. 2017-ci ildə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunub.

 

***

 

Nazir Anar Kərimovun digər əmrinə əsasən, Şahin Yusif oğlu Şahbazov Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

 

Şahin Şahbazov 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin bakalavr pilləsini (Muzey işi abidələrin mühafizəsi ixtisası), Bakı Dövlət Universitetinin magistr pilləsini (Tarix fakültəsi) fərqlənmə diplomları ilə bitirib. Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinatadək Muzeylərlə sektorunda baş məsləhətçi işləyib. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun doktorantı olub. 2019-cu ildən həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.

 

 

Mədəniyyət.- 2021.- 5 may.- S.4.