Qobustan abidələri adlı esse müsabiqəsi

 

Qobustan Milli Tarix-Bədii Qoruğu 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar məktəblilər arasında Qobustan abidələri mövzusunda esse müsabiqəsi elan edib.

 

Qobustan Milli Tarix- Bədii Qoruğundan bildirilib ki, müsabiqədə bütün yaş qruplarından olan məktəblilər iştirak edə bilər.

 

Esselər Azərbaycan dilində təqdim olunmalıdır. Hər müəllif bir esse ilə müsabiqədə iştirak edə bilər. Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır. Təqdim edilən esselər Microsoft Word proqramında A4 formatda, Times New Roman 14 şriftində yığılmalı, 300-500 söz həcmində olmalıdır. Esselər müəllifin adı soyadı, təhsil aldığı müəssisənin adı ünvanı, müəllifin elektron poçt ünvanı əlaqə nömrəsi qeyd edilməklə mayın 10-dək qobustanqoruğ[email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Müsabiqənin məqsədi məktəblilərin diqqətini Azərbaycan tarixində əvəzsiz yer tutan, zəngin mədəni irsimizin ən möhtəşəm nümunələrindən biri olan Qobustan abidələrinə yönəltmək, onları abidəni öyrənməyə təbliğinə sövq etməkdir. Qaliblər Qobustan Milli Tarix- Bədii Qoruğunun mükafat diplomları ilə təltif olunacaqlar.

 

 

Mədəniyyət.- 2021.- 5 may.- S.3.