“Azərbaycanım” rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

 

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Azərbaycanım” Respublika uşaq rəsm festivalı çərçivəsində müsabiqəyə qeydiyyat başa çatıb.

 

Sayca 4-cü olan müsabiqəyə seçim 3 yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaş) üzrə keçirilir və hər 3 yaş kateqoriyası üzrə ayrıca sərgi təşkil ediləcək.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. Hər yaş qrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə sərgilərdən seçilən 30 əsərin müəllifi festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.

 

 

Mədəniyyət.- 2021.- 5 may.- S.3.