Ədəbiyyat İnstitutuMolla Nəsrəddin” ensiklopediyası”nı təqdim edib

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib.

 

Təqdimatı institutun direktoru, ensiklopediyanın baş redaktoru, akademik İsa Həbibbəyli açaraqMolla Nəsrəddin” jurnalının oncildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyanın da hazırlanmasını böyük hadisə adlandırıb. Bildirib ki, “Molla Nəsrəddin” ensiklopediyası” mollanəsrəddinçi ədəbiyyatın və ədəbiyyatşünaslığın bir pasportudur. Bu, akademiyanın elmi tədqiqat institutlarında hazırlanan ilk ensiklopediyadır.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı deyib: “Bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə ensiklopediyası” hazırlananda da iştirak etmişdim. Bütöv bir ədəbi dövrün jurnalı olanMolla Nəsrəddin” ensiklopediyası”nın hazırlanması qürurvericidir”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran akademik İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə tədqiqatlarının məntiqi nəticəsi kimi meydana çıxan ensiklopediya ədəbiyyatşünaslığımızda önəmli hadisədir. EnsiklopediyaMolla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir. BuradaMolla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, kitabların siyahısı və s. haqqında bilgilər verilib.

 

İnstitutun Mətbuat tarixipublisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru,  ensiklopediyanı çapa hazırlayan Vüqar Əhməd diqqətə çatdırıb ki, ensiklopediya üzərində işə 2016-cı ildən start verilib. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli söz abidəsidir.

 

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli “Molla Nəsrəddin” ensiklopediyası” ilə bağlı fikirlərini bölüşüblər.

 

Mətbuat tarixipublisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, ensiklopediyanın məsul redaktoru Gülbəniz BabayevaMilli məfkurə yaddaşının ensiklopediyası” mövzusunda məruzə ilə çıxış edib. O, institutun digər şöbələrinin, o cümlədən Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin, xüsusilə şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın ensiklopediyanın hazırlanmasında dəstəyini qeyd edib.

 

 

Mədəniyyət.- 2021.- 5 may.- S.4.