Yaz möcüzəsi” mövzusunda fotomüsabiqə

 

 

Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Yaz möcüzəsi” mövzusunda onlayn fotomüsabiqə keçirilib.

 

15 yeniyetmə gəncin qatıldığı müsabiqəyə təqdim olunan fotolara münsiflər heyəti tərəfindən baxılıb. Müsabiqənin qalibi Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Qumru Əsədzadə olub. Könüllü gənclər Ruqiyyə Həsənli və Şəbnəm Tahirova 2-ci və 3-cü yerləri tutublar.

 

Hər üç qalibə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim edilib.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2021.- 7 may.- S.5.