Peşə bayramında 149 yeni xalça kəsilib

 

Xalçaçıların peşə bayramı “Azərxalça” ASC-nin müxtəlif şəhər və rayonlardakı emalatxanalarında da qeyd edilib.  “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını xüsusi təşəkkürnamələrlə təbrik edib. Hər bir emalatxanada il ərzindəki xüsusi fəaliyyətinə görə fərqlənən dəyərli toxucular xüsusi hədiyyələrlə mükafatlandırılıb.

 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, əlamətdar gündə 21 filial-emalatxanada yeni 149 xalça kəsilib.

 

Regional İnkişafİctimai Birliyi (RİİB) və “Azərxalça” ASC milli mədəni irsimizə hörmətlə gənclərin xalçaçılıq sənətinə olan diqqət və marağını nəzərə alaraq, “Azərxalça”ya səyahət” adlı birgə layihə həyata keçiriblər. Mayın 5-də RİİB könüllülərinin  təşkilatçılığı ilə 21 emalatxanaya müxtəlif saatlardaqruplar şəklində gənclərin ekskursiyaları təşkil olunub. Gənclər xalça toxunması üzrə praktik məlumatlar alıb, əl qabiliyyətlərini də sınayıblar.

 

Qeyd edək ki, səhmdar cəmiyyətin ilk filialı 2016-cı ilin noyabr ayında Füzuli rayonunun Horadiz şəhərində açılıb. “Azərxalça”nın sədri Emin Məmmədov Xalçaçı gününü Horadiz emalatxanasında xalçaçılarla birlikdə qeyd edib.

 

Mədəniyyət.- 2021.- 7 may.- S.3.