Azərbaycan xalçasını tanı və tanıt

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu sirli naxışlarda yaşadan xalça sənətinin zəngin tarixi var. Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Ölkəmizin müxtəlif bölgələrində xalça sənətinin ənənəvi məktəbləri yaşadılır və inkişaf etdirilir.

 

Bu fikirlər mayın 5-də Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi, Bakı şəhəri 95, 107, 214, Gəncə şəhəri 17 saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən Azərbaycan xalçasını tanı və tanıt adlı onlayn görüşdə səslənib.

 

Kitabxananın əməkdaşı uşaqlara Respublika Uşaq Kitabxanasının fondundakı Azərbaycan milli xalçaları ilə bağlı ədəbiyyat haqqında məlumat verib, Qarabağ xalçaları haqqında ətraflı söz açıb.

 

Milli Xalça Muzeyinin şöbə müdiri Aygün Abbaslı videoslaydın nümayişi ilə Azərbaycanın qədim və müasir xalçaları haqqında ətraflı məlumatlar verib. Məktəblilərin sualları cavablandırılıb.

 

Sonda kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlarının simasında peşə bayramını qeyd edən bütün xalçaçıları təbrik edib.

 

Mədəniyyət.- 2021.- 7 may.- S.3.