Gəncə Dövlət Dram Teatrı fəxri fərmanla təltif edilib

 

 

Xəbər verdiyimiz kimi, İstanbulun Maltəpə və Sarıyer Bələdiyyə teatrlarının bədii rəhbərləri Kubilay ErdelikaraGökhan Buludun təşkilatçılığı ilə 27 mart – 25 aprel tarixində keçirilən beynəlxalq onlayn festivalda (“Uluslararası Kısa Performanslar Festivalı”) ölkəmiz də təmsil olunub.

 

Gəncə Dövlət Dram Teatrı festivala Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Xəmsə” ədəbi-bədii kompozisiyası ilə qatılıb. Teatr təqdim etdiyi səhnə nümunəsinə görə festivalın fəxri fərmanı ilə təltif olunub. Bu barədə teatrın ədəbi-hissə müdiri, teatrşünas Anar Burcəliyev məlumat verib. Kompozisiyanın bədii rəhbəri Gəncə teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissorları Elşad Əhmədov, Yusif Cəfərovdur.

 

Qeyd edək ki, ümumilikdə 12 ölkədən teatrların qatıldığı onlayn festivalda Azərbaycan Dövlət Pantomima Teatrı da “Nağaraçılar” tamaşasını təqdim edib.Tamaşalar festivalın “Youtube” və “Facebook” hesabları üzərindən yayımlanıb.

 

Mədəniyyət.- 2021.- 7 may.- S.5.