Gecəni, gündüzü çox vermə bada...

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

 

Yeddi gözəl”)

 

Dost ona deyərlər ki, sirr saxlar, pərdə tutar.

Düşmənsə ruzigartək hər zaman pərdə yırtar.

 

Sirlər xəzinəsi”)

 

Çox da acıqlanma, bərk savaş olar,

Torpaq bərkidikcə dönüb daş olar.

 

Xosrov Şirin”)

 

Gecəni, gündüzü çox vermə bada,

Yaxşı ad uğrunda çalış dünyada.

 

Leyli Məcnun”)

 

Dostluq iddiası edən bir ürək

Sözdən başqa çox şey bildirə gərək.

 

İsgəndərnamə” – “İqbalnamə”)

 

Yaxşılıqla pisdən qorunmaq mümkün,

Dünyada yaxşılıq hər şeyə üstün.

 

(“İsgəndərnamə” – “Şərəfnamə”)

 

Mədəniyyət.- 2021.- 7 may.- S.7.