Beynəlxalq Ailə Günü münasibətilə

 

BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə 15 may tarixinin “Beynəlxalq Ailə Günükimi qeyd olunması barədə qərar qəbul edilib. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltmək məqsədi daşıyır.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində əlamətdar günə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və başqalarının çıxışları dinlənilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət “Mənim ailəm” başlığı altında sərgi təşkil edilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” başlıqlı onlayn konfrans keçirib. Tədbirdə erkən nikahonun fəsadlarından danışılıb. MKS-nin oxu zalı isə “Ayrılığı gətirməyək biz dilə, xoşbəxt olsun hər insan, hər ailə” adlı onlayn görüş keçirib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon MKS-nin Məlikzadə kənd kitabxana filialında “Yaşlı nəsil ilə gənc nəslin dialoqu” adlı tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 19 may.- S.4.