Beynəlxalq festival Fikrət Əmirovun Min bir gecə baleti ilə açılıb

Xəbər verdiyimiz kimi, Kazan şəhərində keçirilən Rudolf Nureyev adına XXXIV Beynəlxalq Balet Festivalı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Min bir gecə baleti ilə açılıb.

 

Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrının Primorsk səhnəsinin (Vladivostok) baş baletmeysteri, həmyerlimiz Eldar Əliyevin quruluş verdiyi tamaşa festivalın ilk iki günü 13 14 may tarixlərində göstərilib. Tamaşanın musiqi rəhbəri Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev olub. Azərbaycanlı dirijor tamaşada Kazan Opera Teatrının simfonik orkestrini xorunu idarə edib. Azərbaycan milli zərb alətləri tar (Ramin Əzimov Nadejda Medvedevanın ifasında) orkestrdə yer alıb. Vokal partiyasını isə Mariinski Teatrının solisti, soprano Anastasiya Kikot ifa edib.

 

Məşhur xoreoqraf Eldar Əliyevin quruluşunda Min bir gecə baletinin Primorsk səhnəsində premyerası 2020-ci ilin avqustunda olub. Bu ilin yanvarında Primorsk truppası tamaşa ilə Sankt-Peterburqda Mariinski Teatrında da çıxış edib.

 

Dünyaca məşhur balet artistləri, xoreoqraf və dirijorları bir araya gətirən Rudolf Nureyev adına festivalın əsası 1987-ci ildə qoyulub. Tatarıstan Respublikası Prezidentinin dəstəyi ilə keçirilən festivalın builki proqramında dünya klassik baletinin məşhur nümunələri P.Çaykovskinin Yatmış gözəl, Sonalar gölü, Qızıl Orda, L.Minkusun KorsarBayaderka yer alıb.

 

Bu əsərlərlə bir sırada Fikrət Əmirovun Min bir gecə baletinin nümayiş olunması ümumilikdə Azərbaycan musiqi sənətinin və mədəniyyətinin uğurudur.

 

Sənətsevərlərin xüsusi marağına səbəb olan baletin hər iki tamaşası tam anşlaqla keçib, hətta teatr zalında əlavə oturacaqlar qoyulub. Sonda tamaşaçılar ifaçıları ayaqüstə alqışlayıblar. Baletdə əsas partiyaları Sergey UmanetsKanat Nadırbek (Şəhriyar), Anna Samostrelovaİrina Sapojnikova (Şəhrizad), Liliya BerejnovaKaterina Floriya (Nuridə) və Mariinski Teatrının Primorski səhnəsinin aparıcı solistləri ifa ediblər.

 

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijoru Əyyub Quliyev Kazan Dövlət Opera Teatrının direktoru Rufal Muxamedzyanov ilə görüşüb. Görüşdə Azərbaycan baletinin ən parlaq nümunələrindən olan Min bir gecənin iki teatr arasında əlaqələrdə xüsusi yer alacağı qeyd edilib.

 

Tatarıstan paytaxtında Rudolf Nureyev adına Beynəlxalq Balet Festivalı iyunun 2-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.2.