İncəsənət xadimlərinə Prezident mükafatı verilib

 

 

Respublikanın aparıcı incəsənət xadimlərinə səhnə fəaliyyəti ilə bağlı Prezident mükafatı verilib. Bununla bağlı dövlət başçısı İlham Əliyev mayın 7-də sərəncam imzalayıb.

 

Sərəncama əsasən, ümumilikdə 150 nəfər incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

 

İncəsənət xadimləri üçün Prezident mükafatı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanı ilə təsis edilib. Fərmana uyğun olaraq, hər il müəyyən sayda incəsənət xadiminə mükafat verilməsi ilə bağlı sərəncam imzalanır.

Mədəniyyət.- 2021.- 19 may.- S.2.