Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə

 

 

Prezident İlham Əliyev mayın 7-də incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə beş nəfərə Prezidentin fərdi təqaüdü verilib: Xalq artisti, aktyor, rejissor Abduləhəd (Əbdül) Mahmudov; Xalq artisti, Akademik Rus Dram Teatrının aktyoru Hüseyn-Səfa Mirzəhəsənov;  Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurzadə; Xalq artisti, Azərbaycan Dövlət Simli Kvartetinin birinci skripkaçısı Uran Seyidov; Xalq artisti, Akademik Rus Dram Teatrının aktrisası Natalya Şarovskaya.

 

Prezidentin fərdi təqaüdü Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanı ilə təsis edilib.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.2.