Muzeylər Nizami irsi

 

Beynəlxalq virtual layihə

 

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı iləMuzeylər Nizami irsiadlı beynəlxalq virtual layihəyə start verilib.

 

Onlayn formatda keçirilən təqdimatda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edərək layihənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin ölkəmizdəNizami Gəncəvi İlielan edilməsi ilə əlaqədarMəktəblilər üçün muzey həftəsilayihəsi çərçivəsində reallaşır. Məqsəd dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin zəngin  irsinin araşdırılması təbliğ olunmasına töhfə verməkdir. 18-26 may tarixini əhatə edəcək layihə çərçivəsində məktəblilər böyük söz ustadının yaradıcılığı ilə bağlı mədəni sərvətlərin qorunub saxlanıldığı ölkəmizin aparıcı muzeylərini onlayn ziyarət etmək imkanı qazanacaqlar.

 

Mədəniyyət Nazirliyinin Muzey işi mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı nəticəsində artıq 6-cı ildirMəktəblilər üçün muzey həftəsilayihəsi çərçivəsində müxtəlif tədbir proqramlar həyata keçirilir. Şöbə müdiri beynəlxalq proqramın gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir göstərəcəyini Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi tanıdılması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov dahi şairin yaradıcılığı barədə xüsusi təqdimatla çıxış edib.

 

Sonda tədbir iştirakçıları üçün Gəncədəki Nizami Gəncəvi Muzeyinə virtual ekskursiya təşkil edilib.

 

Qeyd edək ki, layihə çərçivəsində məktəblilər üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İncəsənət Muzeyi, Milli Xalça Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Dövlət Teatr Muzeyinə də onlayn ekskursiyalar təşkil olunacaq.

 

Mədəniyyət.- 2021.- 19 may.- S.2.