Mədəni sərvətimizin saxlanc yerləri

Beynəlxalq Muzeylər Günü münasibətilə regionlarda tədbirlər keçirilir

 

Keçmiş həmişə insanlar üçün maraqlıdır. Biz bizdən əvvəlki insanların, cəmiyyətlərin, başqa xalqların məşğuliyyəti, sənət zövqü, məişəti haqqında nələrisə bilmək istəyirik. Keçmişlə bu gün arasında körpü yaratmaq üçün muzeylər ən münasib yerdir. Hər muzey eksponatı özündə bir tarixi dövrün sosial-mədəni, hətta siyasi ab-havasını əks etdirir.

 

18 may Beynəlxalq Muzeylər Gününün qeyd olunmasının məqsədi tarixi-mədəni yaddaşa işıq tutulması ilə yanaşı, muzeylərin mədəniyyətlərin mübadiləsi, zənginləşdirilməsi və xalqlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və sülhün inkişaf etdirilməsinin vacib bir vasitəsi olduğuna dair məlumatlılığı artırmaqdır. Əlamətdar günlə bağlı bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

 

Beynəlxalq Muzeylər Günü münasibətilə şagirdlərin Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Pandemiya dövrünün tələblərinə uyğun keçirilən ekskursiya zamanı mərkəzin bələdçisi Aynurə Mehdizadə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi üçün gördüyü misilsiz işləri özündə əks etdirən eksponatlar, fotostendlər haqqında şagirdlərə ətraflı məlumat verib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə İşğaldan azad olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrimiz bərpa ediləcək mövzusunda onlayn tədbir keçirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı Gəncənin muzeylərini tanıyaq adlı onlayn ekskursiya təşkil edib.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunan Muzeylər milli sərvətimizdir adlı onlayn tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları və fəal oxucular iştirak ediblər.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzi Beynəlxalq Muzeylər Günü münasibətilə azadlığına qovuşmuş Şuşada keçirilən Xarıbülbül musiqi festivalı (12-13 may) ilə bağlı videoçarx hazırlayıb.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi və regional idarənin Astara rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağstafa, Qazax, Tovuz rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəni sərvətlərin qoruyucuları mövzusunda onlayn görüş keçirilib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 19 may.- S.2.