21 may Dünya Mədəni Müxtəliflik Günüdür

 

Mədəni müxtəliflik milli zənginlik deməkdir

 

21 may Dialoq İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür (World Day for Cultural Diversity for Dialogue and Development). Əlamətdar gün BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub.

 

2001-ci ilin noyabrında UNESCO-nun Mədəniyyətlərin müxtəlifliyinə dair Bəyannaməsi qəbul edildikdən sonra BMT Baş Assambleyası bu sənədin həyata keçirilməsi üçün fəaliyyət istiqamətlərini alqışlayaraq 21 mayı Dialoq İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günü elan edib. Sənəddə vurğulanır ki, dünyada sülh həmrəylik yalnız insanlar xalqlar arasında müxtəlifliyin qəbul olunması qarşılıqlı hörmət yolu ilə əldə oluna bilər.

 

Azərbaycan ta qədimdən müxtəlif xalqların birgə yaşadığı məkan olub. Bu gün multikulturalizm Azərbaycanı dünyada tanıdan vizit kartlarından biridir.

 

Azərbaycan UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyasına qoşulub (2010). Milli azlıqların etnik qrupların mədəni irsi, adət-ənənələri Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur, inkişaf etdirilir. O cümlədən Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə müxtəlif layihə proqramlara dəstək verilir. Ötən illərdə nazirliyin dəstəyi ilə Azərbaycan doğma diyar adlı azsaylı xalqların incəsənət festivalları (2006, 2008, 2011, 2014, 2016) keçirilib.

 

Azərbaycanda 20-dən çox millətin nümayəndəsi yaşayır. Onların nümayəndələri müxtəlif dövlət mərasimlərində, mədəni tədbirlərdə birgə iştirak edirlər. Bu günlərdə Şuşa şəhərində keçirilən Xarıbülbül musiqi festivalında təqdim olunan Azərbaycan musiqisində multikulturalizm adlı konsert proqramı bunun parlaq ifadəsi oldu.

 

 

Mədəniyyət.- 2021.- 21 may.- S.1.