Hər kəsi sınaqdan keçirib düz bax...

 

Nizami sözündən incilər

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

“Nizami sözündən  incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Hər kəsi sınaqdan keçirib düz bax,

Sınaqsız olmasın o sənə küstax.

Heç kəsin əhdinə bel bağlama gəl,

Onun üzünə atmayınca əl.

 

Leyli və Məcnun”)

 

Yenilməz ürəklə çıx yola görüncə xəzan,

Ürək qorxaq olanda odlanıb alışar can.

 

Sirlər xəzinəsi”)

 

Dost qəlbi torpaqdır, ona əl vursan,

Əlin pak olacaq o zaman, inan.

 

Xosrov Şirin”)

 

Adına yaxşılıq sikkəsini çal,

Böyük şöhrət qazan, göylərə ucal!

 

Yeddi gözəl”)

 

Zülmü birdəfəlik eylə sən kənar,

Çünki zülmkarlıq ömrü azaldar.

 

İsgəndərnamə” – “İqbalnamə”)

 

Döyüşdən yaxşıdır barışıq, şəfqət,

Biri dərd gətirir, biri səadət.

 

(“İsgəndərnamə” – “Şərəfnamə”)

 

Mədəniyyət.- 2021.- 21 may.- S.7.