Respublika Uşaq Kitabxanasının ev-muzeyləri ilə bağlı videomaterialı təqdim olunub

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə maarifləndirici videomaterial təqdim edib.

 

Layihənin məqsədi uşaq və yeniyetmələrin intellektual inkişafını təmin etmək, şair və yazıçıların ev-muzeyləri ilə yaxından tanış etməklə onları mədəni inkişafa təşviq etməkdir.

 

Videomaterialda Bakı şəhəri üzrə fəaliyyət göstərən ədəbiyyatımızın görkəmli nümayəndələrinin – C.Məmmədquluzadənin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, A.Şaiqin, N.Nərimanovun və H.Cavidin ev-muzeyləri haqqında məlumatlar təqdim edilir.

 

Aşağıdakı link vasitəsilə videomaterialı izləyə bilərsiniz: http://clb.az/respublika-uaq-kitabxanas-beynlxalq-muzeylr-gnn-hsr-olunmu-video-material-tqdim-etdi_d3167.html

 

 

Mədəniyyət.- 2021.- 21 may.- S.6.