Sabir Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif olunub

 

 

Prezident İlham Əliyev mayın 20-də Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Xalq şairi Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

 

Qeyd edək ki, mayın 20-də Sabir Rüstəmxanlının 75 yaşı tamam olub.

 

Mədəniyyət.- 2021.- 21 may.- S.2.