Nizami nəsihətləri”

 

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin kənd kitabxana filialları Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə videoçarxlar ərsəyə gətiriblər.

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon MKS-nin təşkilatçılığı, MKS-nin şöbə və kənd kitabxana filialları, eləcə də Daşkəsən rayon S.Vurğun adına 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Nizamidünya ədəbiyyatı” adlı tədbir keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin əməkdaşları “Nizami nəsihətləri” adlı tədbir təşkil edib.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı “Nizami Gəncəvi yaradıcılığı Azərbaycan ədəbiyyatının hikmət  xəzinəsidir” başlıqlı onlayn tədbir keçirib. MKS-nin Mərkəzi kitabxanasının oxu zalı “Nizami Gəncəvinin ölməz irsinin öyrənilməsi” adlı onlayn ədəbi-bədii gecə təşkil edib.

 

Mədəniyyət.- 2021.- 21 may.- S.4.