Əmrahın hünər dastanı

 

 

2020-ci ilin Vətən müharibəsində (27 sentyabr – 10 noyabr) tarix yazıb şəhidlik zirvəsinə ucalan Əmrah Şahid oğlu Əkbərov ömrünün 22-ci baharına təzəcə qədəm qoymuşdu. Dağlar diyarı Lerik rayonunun Livədirqə kəndində dünyaya göz açmış igidimiz Heydər Əliyev adına Ali Hərbi  Məktəbi təzəcə bitirib leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdı.

 

Vətənə, torpağa bağlı, köksündə qəhrəman ürəyi döyünən Əmrah Əkbərov müharibənin ilk günündən otuz il düşmən tapdağında qalan müqəddəs yurd yerlərinin azadlığı naminə   döyüşə atılır. Füzuli, Cəbrayıl  istiqamətlərində gedən döyüşlərdə yağı düşmənin texnikasını, canlı qüvvəsini  məhv edir.  Əmrah hər dəfə odun-alovun içinə atılanda  yağıdan sona qədər döyüşərək qisasını alacağına and içir.

 

12 oktyabrda Hadrut istiqamətində ağır döyüşlər gedirdi. Həmişə olduğu kimi, Əmrah yenə qalib olmaq istəyi ilə döyüşür. Düşmən çoxlu itki versə də, Əmrahın dəstəsi mühasirəyə  düşür. O, yoldaşlarını xilas etmək üçün özünü düşmənin səngərinə atır və üzərindəki qumbaranı partladır. Beləcə, Vətən, torpaq, əqidə naminə Əmrah öz həyatını qurban verir, yoldaşlarını qoruyur. İgid leytenantın torpağa axıtdığı bu qan onun Vətənə son övladlıq borcu olur...

 

İndi bütün Azərbaycan xalqı öz qəhrəman oğulları ilə fəxr edir. Onların arasında Əmrah da var. Onun keçdiyi şərəfli həyat yolu Vətənə  sədaqət nümunəsidir. Əmrah Şahid oğlu Əkbərov ölümündən sonraVətən uğrunda”,  Cəbrayılın  azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görəmedallarına layiq görülüb.

 

Allah rəhmət eləsin.

 

Zəfər ORUCOĞLU

Azərbaycan  Jurnalistlər Birliyinin üzv

 

 

Mədəniyyət.- 2021.- 21 may.- S.6.