Nəsibə Zeynalovanın 105 illiyi münasibətilə videoxülasə

 

Unudulmaz teatrkino aktrisası, respublikanın Xalq artisti Nəsibə Zeynalovanın (1916-2006) anadan olmasının 105 illiyi münasibətilə Dövlət Səs Yazıları Arxivi tərəfindən videoxülasə hazırlanıb.

 

Milli Arxiv İdarəsindən bildirilib ki, videoxülasədə görkəmli sənətkarın həyat və yaradıcılığına aid olan və Dövlət Səs Yazıları Arxivinin fondlarında mühafizə edilən bir sıra fono və videosənədlərdən istifadə olunub. Həmçinin aktrisanın müsahibələrinə, sənət dostlarının onun haqqında xatirələrinə və s. yer verilib.

 

Videoxülasə ilə Milli Arxiv İdarəsinin УYoutubeФ kanalında tanış olmaq mümkündür.

 

Mədəniyyət.- 2021.- 21 may.- S.6.