“Muzeylər dünənimiz, bu günümüz, sabahımızdır”

 

18 may – Beynəlxalq Muzeylər Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub. Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Muzeylər dünənimiz, bu günümüz, sabahımızdır” adlı tədbir keçirilib. Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində  isə “açıq qapı” günü təşkil edilib.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Heydər Əliyev Mərkəzində və Lənkəran Regional Mədəniyyət İdarəsi Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusunda tədbirlər keçirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və idarənin əməkdaşları şəhərdə fəaliyyət göstərən muzey müəssisələrində olub, muzey işçilərinin peşə bayramlarını təbrik ediblər.

 

Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Mir Cəlal Paşayevin Ev-Muzeyi, MKS-nin Uşaq şöbəsi və 13 saylı kitabxana filialı, Goranboy rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi də əlamətdar günlə bağlı müxtəlif səpkili tədbirlər təşkil ediblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən rayon Mədəniyyət Mərkəzinin qarşısında sərgi təşkil edilib. İdarə rəisi Fərid Qurbanzadə və məsul əməkdaşlar sərgi ilə tanış olublar.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Azərbaycan əsilli özbək şairi Maqsud Şeyxzadənın Ağdaş rayonundakı ev-muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirib. Ağdaş rayon Heydər parkında Tarix-Diyarşünaslıq Muzeyinin fondunda mühafizə olunan eksponatlardan ibarət səyyar sərgi təşkil edilib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylər baharı” adlı açıq hava sərgisi ilə tanış olubOrta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini ziyarət edib.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və regional idarənin əməkdaşları Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında olublar.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində “açıq qapı” günü təşkil edilib. Balakən Rayon Tarix-Diyarşünaslıq MuzeyiOğuz rayon MKS də Beynəlxalq Muzeylər Günü münasibətilə tədbirlər keçirib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağstafa  Tovuz Dövlət Rəsm qalereyaları sərgilər təşkil ediblər. Ağstafadakı Hüseyn Arifin Ev-Muzeyi, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Dövlət Rəsm Qalereyası və rayondakı M.P.VaqifM.V.Vidadinin Xatirə Muzeyində “açıq qapı” günü elan olunub.

 

 

Mədəniyyət.- 2021.- 21 may.- S.4.