“Nizamidən Yunusa: bir olmaq

 

 

İki dahi şairə həsr olunmuş videokonfrans

 

2021-ci ildə Azərbaycanın dahi şairi, dünya poeziyasının günəşi hesab edilən Nizami Gəncəvinin 880 illiyi ilə yanaşı, Türk dünyasının söz dühası Yunus Əmrənin vəfatının 700 illiyi tamam olur. Bu yubileylər münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə “Bizim Yunus İli” – türkcənin dünya dili kimi təbliği ili elan edilib. Hər iki əlamətdar mədəni hadisə çeşidli tədbirlərlə qeyd olunur.

 

Belə tədbirlərdən biri mayın 25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi. “Nizamidən Yunusa: bir olmaqmövzusunda videokonfransda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyiki ölkənin tanınmış elm adamları iştirak edirdi.

 

Onlayn konfransın moderatoru –Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç açılış sözündə bildirdi ki, bu il mayın 7-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində “Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşa təqdim edilib. Bugünkü konfransda iki dahinin bəşəri ideyaları yenidən diqqət mərkəzinə çəkiləcək.

 

Yunus Əmrə İnstitutunun (Türkiyə) rəhbəri, professor Şərəf Atəş çıxış edərək konfransı ortaq mədəni mirasımız olan şairlərimizin təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirdi: “İnsanlığı sevmək, bəşəri ideyaları təbliğ etmək türk coğrafiyası alimlərinin, mütəfəkkirlərinin hər zaman ilkin mövzusu olmuşdur. Azərbaycan adının özündə belə “cansözü keçir və dolayısı ilə bu bizim dünyaya anlada biləcəyimiz önəmli bir dəyərdir. Azərbaycanın da dəstəyi ilə Yunus Əmrənin vəfatının 700 illiyinin  UNESCO-nun yubileylər proqramına salınması ilə əlaqədar fürsətdən istifadə edib mədəniyyət naziri Anar Kərimova təşəkkür edirəm. Yunus Əmrə və Nizami Gəncəvi bənzərsiz əsərləri və ideyaları ilə yaşadıqları dövrü adlayaraq böyük şair olduqlarını sübut ediblər. Nizami “Xəmsə”si ilə dünya ədəbiyyatına yeni bir səs gətirən şairdir. Hər iki mütəfəkkir bizim ortaq mirasımızdır”.

 

Professor Şərəf Atəş çıxışının sonunda hər iki ölkənin nazirlərinə konfransda iştiraklarına görə minnətdarlığını bildirdi.

 

 

 

Yunus Əmrə Nizaminin mənəvi varisidir...”

 

 

 

Konfransda çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iştirakçıları salamlayaraq mötəbər bir konfransın təşkilinə görə Bakı Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, bizlərə bu möhtəşəm layihəni həyata keçirməyə imkan verən belə gözəl, unudulmaz anları yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilinNizami Gəncəvi İli”, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən isəYunis Əmrə İlielan olunmasıdır.

 

Türk xalqlarının birliyi həmrəyliyi ideyasının böyük tərəfdarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətikfikirlərini xatırladan nazir dedi ki, Nizami Gəncəvi Yunus Əmrə kimi dahi söz ustadlarının həyat fəaliyyəti təsdiq edir ki, bu birlik mədəni sahədə çoxəsrlik tarixə malikdir: “Xalqlarımız kimi şairlərimiz, şeirimiz, ümumən mədəniyyətlərimizin taleyi bir-biri ilə qırılmaz tellərlə bağlıdır çağımızda bu bağlılıq uğurlu gələcəyimizin əsasında dayanır. Nizami Gəncəvi Yunus Əmrə yaradıcılığı təkcə ədəbi-bədii fakt olmayıb, həm milli şüurun formalaşmasında bəlli bir mərhələnin göstəricisidir. Belə ki, türk xalqlarının milli mənlik şüuru öz inkişafında üç əsas mərhələdən keçib: əski ümumtürk dövrü, orta çağ İslam dövrü nəhayət, yeni çağ milliləşmə dönəmi. Nizami Gəncəvi , Yunus Əmrə əski dövrlə yeni dönəm arasındakı mərhələnin nümayəndələri, təxminən eyni tarixi dövrün şairləridir. Yunus Əmrə Nizaminin mənəvi varisi idi. Lakin Nizaminin Yunus Əmrəyə təsiri birbaşa deyil, Cəlaləddin Rumi vasitəsilə olmuşdur. Başqa sözlə desək, şairlər şairi Nizami ozanlar ozanı Yunus Əmrənin ustadının ustadı idi. Onlar hər ikisi XII-XIV yüzilliklərdə öz zirvəsinə çatan türk-İslam İntibahını təmsil edirdi. Nizami Gəncəvi Yunus Əmrənin əsərlərindəki ideya-məzmun müştərəkliyinin təməlində həm onların zaman ortaqlığı dururdu. Bu ortaqlıq sadəcə iki mütəfəkkirin deyil, həm xalqlarımızın mədəniyyət düşüncə tərzinin ifadəsi kimi son dərəcə qiymətli təqdirəlayiq faktdır”.

 

Anar Kərimov qeyd etdi ki, milli müəyyənliyin əsas göstəricilərindən biri dildir. Nizami öz hikmətlər xəzinəsi olanXəmsə”ni lirik şeirlərini dövrün ənənəsinə uyğun olaraq fars dilində, ondan bir əsr sonra yaşamış Yunus Əmrə isə türk dilində yazsa da, türkçülük ruhu onların hər ikisinin bədii düşüncəsindən qızıl xətlə keçir: “Bu, onların əsərlərinin istər forma, istərsə məzmununda öz parlaq ifadəsini tapır. Nizaminin tanınmış tədqiqatçılarından akademik Yevgeni Bertelsin dili ilə desək, o, türkcə düşünürdü məhz bu daxili dil amili onu türkcə yazıb-yaradan Yunus Əmrə ilə analoji düşüncə məkanına gətirirdi. Nizami İslam İntibahının son böyük nümayəndələrindən biri olduğu kimi, Yunus Əmrə milli intibahın ilk təmsilçilərindən biri idi. Biz Yunus Əmrə yaradıcılığından danışarkən onun türk ədəbiyyatına, türk bədii fikrinə töhfələrini qeyd etməliyik. Yunus Əmrə Azərbaycanda da çox sevilir onun yaradıcılığı uzun illərdir Azərbaycan ədəbiyyatı mədəniyyətinə öz təsirini göstərir. Eyni zamanda Nizami Gəncəvi türk ədəbiyyatı fəlsəfəsinə böyük təsir edib”.

 

Anar Kərimov daha sonra dedi: “Nizami Gəncəvi Yunus Əmrənin timsalında Azərbaycan-Türkiyə qardaşlığını bir daha önə çəkmək istərdim. Bu qardaşlıq tarixən olub. Son bir ildə bu qardaşlıq özünü daha çox göstərdi bütün dünyaya bunu bəyan etdik. Bu ilin mart ayında Türkiyəyə rəsmi səfərimdə mən bu qardaşlığın bir daha şahidi oldum. Hörmətli mədəniyyət turizm nazirinə qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. İnanıram ki, bu konfrans, eləcə bəlli istiqamətdə ilin sonuna qədər həyata keçiriləcək layihələr xalqlarımızın tarixi-mədəni birliyinin təsdiqi möhtəşəm nümayişinə çevriləcək. Diqqətinizə görə hər birinizə minnətdarlığımı bildirir, konfransın işinə uğurlar diləyirəm”.

 

 

 

Nizami insanların könül memarıdır

 

 

 

Türkiyənin mədəniyyət turizm naziri Mehmet Nuri Ersoy Türk dünyası ədəbiyyatının dəyərli təmsilçilərinə həsr edilən konfransa qatıldığına görə məmnunluğunu ifadə etdi. Dedi ki, bu əlamətdar il bizi bizə anlatmaq üçün bir fürsət yaradıb. Bu konfrans həmin fürsəti dəyərləndirmək üçün atılan addımlardan biridir: “Bu gün geriyə baxsaq, türk dövlətlərinin idarəsi altında olan torpaqların genişliyi qədər mədəniyyətimizin izinin genişliyini görə bilərik. Çünki biz millət olaraq hər zaman əxlaq, ədalət firavanlıq kimi ənənələrimizi yaşatmışıq. Bizə elmi ilə, sənəti ilə bunun qapısını açanlar isə heç bir zaman unudulmayacaq qədər dərin fəlsəfi anlama malik mütəfəkkirlərdir. Onları yaşatmaq, təbliğ etmək gələcək nəsillərə çatdırmaq məsuliyyətini hər birimiz vətəndaş olaraq daşıyırıq. Bu günNizamidən Yunusa bir olmaqdeyərkən göz nurumuz, könül aydınlığımız olan bu iki şəxsiyyəti böyük çərçivədə anlamaq önəmlidir. Yunus Əmrənin adı mədəniyyətimizi təbliğ etmək anlatmaq vəzifəsi daşıyan bir qurum üçün ən doğru seçimdir. Nizami insanların qəlbinə yol tapmış bir könül memarıdır. Bu gün, təəssüf ki, dünyanın hər yerində insanların qəlbinə kölgə salmaqda olan bir qaranlıq var. Nifrətdən, kindən bəslənən bir qaranlıq. Yunusda Nizamidə əks etdirilən mədəniyyətimiz bu xəstəliyə daha əsrlər öncə qalib gələ bildi. Bizim ümumbəşəri hisslər aşılayan sülhə səsləyən mədəniyyətimiz var. O səbəbdən Nizami Yunusa sahib çıxmanın qədər önəmli olduğu böyük anlam kəsb edir. Sonda isə Azərbaycanın Mədəniyyət Nazirliyinə konfransa dəstəklərinə görə təşəkkürümü bildirirəm”.

 

 

 

Türk dünyasının ortaq fəxrləri

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, NizamiYunus Əmrəyə həsr edilən illərin iki xalq olaraq bir arada qeyd edilməsi əlamətdar tarixdir: “Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunanSöz dünyası” adlı kitabda böyük şairlər Nizami, Füzuli, Nəsimi, Xətai ilə yanaşı Nəvai, Mövlanə və Yunus Əmrə yaradıcılığına da geniş yer ayrılıb. Hər iki şairin yaradıcılığında bir-birimizə yaxın örnəklər var. Nizami geniş biliklərə sahib şair idi. O, dünyanı zamansız və məkansız görürdü. Yunus Əmrənin böyüklüyü ondadır ki, o, Azərbaycan türkcəsinə yaxın olan dildə öz əsərlərini yaratmışdı”.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Yunus Əmrə və Nizamini Türk dünyasının ortaq fəxrləri adlandırdı. Bildirdi ki, Avropa Balzak, Şekspir, Homerlə fəxr etdiyi kimi Türk dünyası da NizamiYunus Əmrə kimi dahiləri ilə fəxr edir.

 

Türkiyəli ədəbiyyatşünas Mustafa Özçelik bildirdi ki, Nizami də, Yunus Əmrə də insanları cəhalətdən elmə çağırır. Yaradıcılıqlarındakı fəlsəfilik onların bəşəri ideyalarının əbədiliyini göstərir.

 

Videokonfransın sonunda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç konfrans iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 26 may.- S.1;2.