Bütün bəşəriyyətin şairi

Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

 

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində Nizami Gəncəvi bütün bəşəriyyətin şairi adlı tədbir keçirilib. Nizami Gəncəvi İli çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huy, bir neçə ölkənin Pekindəki diplomatları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan ikinci büstdür.

 

Qonaqlar dahi Azərbaycan şairinin əsərlərinə çəkilmiş və dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə Nizaminin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar.

 

Tədbirdə çıxış edən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin Xəmsəsinin təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. O, Şərq intibahının banisi hesab edilən Nizami yaradıcılığının ölməz və bəşəri olduğunu vurğulayıb. Qeyd edib ki, ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub, heç vaxt doğma Gəncəni tərk etməyən şair böyük bir vətənpərvərlik nümayiş etdirib, mənəvi zənginliyi hər şeydən üstün tutub.

 

Baş katib Şərqdə bir çox şairlərin Nizaminin ədəbiyyatda açdığı yol ilə getdiyini, onun əsərlərinin təsiri altında yazıb-yaratdıqlarını deyib. Vladimir Norov 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimini də yada salıb. O, ŞƏT-in katibliyində dahi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə verdiyi dəstəyə və Nizami Gəncəvinin büstünü hədiyyə etdiyinə görə Heydər Əliyev Fonduna və Azərbaycan səfirliyinə təşəkkür edib. Əmin olduğunu bildirib ki, ədibin büstü onun tərənnüm etdiyi yüksək insani dəyərlər kimi bu binada çalışanları da ilhamlandıracaq.

 

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami dünyanın ən böyük şairləri ilə bir sırada dururonun əsərləri bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq.

 

Ə.Zeynallı bildirib ki, Nizami öz ədəbi irsi ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Əsərlərində müxtəlif xalqların həyatını təsvir edən şairin Xəmsəsi multikultural dəyərləri, elmi, sülh və tərəqqini təbliğ edib. Bu ideyalar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də əksini tapır.

 

Əkrəm Zeynallı vurğulayıb ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev Fondu Nizami Gəncəvinin irsinin təbliğinə də böyük diqqət ayırır. Şairin əsərləri bir neçə dilə tərcümə olunub, Paris, Strasburq, Roma, London, Moskvabaşqa şəhərlərdə sərgi və təqdimatlar keçirilib.

 

Səfir Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi, heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Dostluq ordeni ilə təltif edildiyini diqqətə çatdırıb, ordenionun vəsiqəsini sənətkara təqdim edib.

 

Dahi şairin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun Nizami Gəncəvi İlində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dostluq ordeninə layiq görülməsindən qürur duyduğunu deyib və dövlətimizin başçısına təşəkkür edib. O, bundan sonra da iki ölkə arasında mədəni mübadiləyə töhfə vermək üçün əlindən gələni edəcəyini deyib.

 

Qeyd edək ki, Yüen Sikun Nizami Gəncəvinin Çaoyan parkında qoyulmuş büstünü Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu 2012-ci ildə hazırlayıb.

 

Tədbirdə daha sonra şairin yaradıcılığına həsr olunan film nümayiş olunub, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbələri Nizami Gəncəvinin əsərlərindən parçaları Azərbaycan və Çin dillərində oxuyublar.

 

Çin Mərkəzi Musiqi Konservatoriyasının nəzdində fəaliyyət göstərən Amber kvartetinin ifasında Üzeyir Hacibəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərləri səslənib.

 

Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.

 

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılıb. 2017-ci ildə HindistanPakistan təşkilata tamhüquqlu üzv qəbul edilib.

 

Mədəniyyət.- 2021.- 26 may.- S.1;2.