Müxtəlif səpkili tədbirlər

İsmayıllı Regional Mədəniyyət İdarəsində bu günlərdə Şuşada keçirilmiş Xarıbülbül musiqi festivalında iştirak etmiş Lahıc, Slavyanoçka, Xalq və Cəngi folklor kollektivlərinin üzvləri ilə görüş keçirilib. Kollektivlərin üzvləri festivalla bağlı təəssüratlarını bölüşüblər.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri İtaliyada keçirilən Gələcəyin ulduzları adlı beynəlxalq onlayn müsabiqədə uğur qazanıblar. Məktəbin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Nübar Əbdürrəhmanova I dərəcəli, birinci sinif şagirdi Hilalə Balayeva isə II dərəcəli laureat adına layiq görülüblər.

 

Zaqatala rayon Mərkəzi kitabxanasının Metodikabiblioqrafiya şöbəsinin baş biblioqrafı Yasəmən Məmmədova tərəfindən işğaldan azad olunmuş ərazilərimizin infrastrukturu, ərazisi, təbii ehtiyatları barədə məlumat bülleteni tərtib edilib. Bülletendə yaşayış məntəqələrinin Vətən müharibəsində azad olunmasının günbəgün xronologiyası da verilib.

 

Balakən rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır mövzusunda videokonfrans keçirilib.

 

Oğuz rayon MKS-nin QarabulaqBaş Daşağıl kənd kitabxanalarında Xalq şairi Sabir Rüstəmxanlının 75 illik yubileyi ilə bağlı videokonfrans keçirilib.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Niderlandın uşaq yazıçısı Anna Şmidtin anadan olmasının 110 illiyi ilə əlaqədar onlayn tədbir keçirilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Uşaq-gənclər idman məktəbinin müəllimi Nizami Təhməzovla görüş olub.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ucar rayon Heydər Əliyev Mərkəzində Qalib Azərbaycan adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş müsabiqədə Ucar şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Sənubər Camalova 1-ci, şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Sərdar Ələsgərov və Küçəkənd kənd ümumi orta məktəbin şagirdi Minə Eyyubova 2-ci, 3 nömrəli məktəbin şagirdi Aytən Bəbirxanlı isə 3-cü yerlərə layiq görülüblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzi, Şirvan Dövlət Rəsm Qalereyası və Hacıqabul rayon Heydər Əliyev Mərkəzində narkomaniya bəlasına qarşı mübarizə məqsədilə tədbirlər keçirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı həkim-pulmonoloq Eldar Zeynalov ilə Əsrin bəlası mövzusunda görüş keçirib.

 

Kəlbəcər rayon MKS-nin oxu zalında Mütaliə ən təsirli tərbiyə vasitəsidir mövzusunda onlayn tədbir təşkil olunub.

 

Goranboy rayon Dəliməmmədli şəhər və Düzqışlaq kənd Uşaq musiqi məktəblərinin fortepiano ixtisası üzrə V və VI sinif şagirdləri Sadıq Cabbarlı və Enfira Hüseynova Qazaxıstan və Macarıstanın təşkilatçılığı ilə onlayn formatda keçirilmiş pianoçuların Macar rapsodiyası adlı I beynəlxalq müsabiqəsində 11-13 yaş qrupu üzrə 3-cü dərəcəli diploma layiq görülüblər.

 

Samux rayon Mədəniyyət Mərkəzində İnsan alverinə qarşı mübarizə mövzusunda videokonfrans keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin şəhər 1 saylı kitabxana filialı Azadlığın ad günü adlı kitab sərgisi təşkil edib. Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Narkomaniya cəmiyyətin bəlasıdır adlı onlayn tədbir keçirilib.

 

Qazax Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət ölümə qarşı mübarizə başlığı altında sərgi təşkil olunub.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 26 may.- S.4.