Gənc rejissorun filmi beynəlxalq müsabiqədə

 

Azərbaycanlı gənc rejissor Lətif Lətifsoyun Anya adlı ilk qısametrajlı filmi İranda 38-ci Fəcr Beynəlxalq Film Festivalının müsabiqə bölümünə daxil edilib.

 

C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasından bildirilib ki, eksperimental-sənədli janrda olan film əvvəllər bir kənddə rus dili və ədəbiyyatı müəllimi işləyən yaşlı Anyanın həyatından epizodlar təqdim edərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs edir. Filmin xronometrajı 12 dəqiqədir.

 

38-ci Fəcr Beynəlxalq Film Festivalı mayın 26-dan iyunun 2-dək Tehran şəhərində keçiriləcək.

 

 

Mədəniyyət.- 2021.- 26 may.- S.8.