Euronews”da Azərbaycan kəlağayısı haqqında reportaj

 

 

Nəfis sənətkarlıq nümunəsi xanımlara ən gözəl hədiyyədir

 

Azərbaycan Respublikası Mədəniyyət NazirliyininEuronewsteleviziya kanalı ilə əməkdaşlığı çərçivəsində ölkəmizin mədəni irsinin, incəsənətinin, zəngin xalq sənətkarlığının bu nüfuzlu beynəlxalq informasiya vasitəsində təbliği və tanıdılması davam etdirilir.

 

Euronews” kanalında yayımlanan növbəti reportaj Azərbaycanın qədim xalq sənətkarlığının nümunəsi, 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmış kəlağayı sənətinə həsr olunub. Verilişdə ölkəmizdə ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar barədə məlumat verilir.

 

Reportajda Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən Şəki şəhərinin qədimdən ipək istehsalı, o cümlədən ipək kəlağayıları ilə məşhur olduğu diqqətə çatdırılır. Kəlağayının müasir dövrdə fabrikdə hazırlanma prosesindən ətraflı bəhs edilir. “Azəripək” MMC-nin rəhbəri Zaur Yaqubov bu barədə söhbət açaraq, kəlağayının əl ilə boyama prosesinin xüsusi bacarıq və həssaslıq tələb etdiyini bildirir. Onun sözlərinə görə, istehsalçılar yabanı alma, zəfəran, qarağat, sumaqs. ibarət təbii rəng tərkiblərindən istifadə edirlər.

 

Verilişdə Azərbaycanda xanımların milli baş örtüyü sənətkarların dilindən də anladılır. Bu sənətdə öz ənənələri ilə tanınan İsmayıllı rayonunun Basqal qəsəbəsinin sakini, dördüncü nəsil kəlağayı sənətkarı Abbasəli Talıbov və Həyat Xəlilova bu barədə fikirlərini bölüşürlər.

 

Reportajda həmçinin Azərbaycana gələn xarici qonaqların ipək kəlağayılara xüsusilə maraq göstərdiyi vurğulanır.  Basqal qəsəbəsini ziyarət edən turistin bu barədə fikirləri diqqətə çatdırılır. Qeyd olunur ki, nəfis sənətkarlıq nümunəsi və mədəniyyət incisi olan kəlağayı xanımlara ən gözəl hədiyyədir.

 

 

Mədəniyyət.- 2021.- 26 may.- S.8.