Dövlət Film Fonduna kinoplakatlar təqdim olunub

 

Azərbaycan Dövlət Film Fonduna yeni sənədlər daxil olub. Bunlar milli filmlərimizin indiyədək fondda olmayan afişalarıdır. Fonddan bildirilib ki,  afişalar Əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun şəxsi arxivindən hədiyyə edilib.

 

Təqdim olunan 30-a yaxın kinoplakatın arasındaBakılılar” (1938), “Kölgələr sürünür” (1958), “Bir cənub şəhərində” (1969), “1001-ci qastrol” (1974), “Bakıda küləklər əsir” (1974), “Alma almaya bənzər” (1975), “Qərib cinlər diyarında” (1977), “Arxadan vurulan zərbə” (1977), “Od içində” (1978), “Qızıl uçurum” (1980) s. filmlərin bədii  afişaları var.

 

 

Mədəniyyət.- 2021.- 26 may.- S.5.