“Qarabağın görkəmli şəxsiyyətləri”

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Azərbaycanın dilbər guşəsi – otuz ilə yaxın həsrəti ilə yaşadığımız və 2020-ci ilin Vətən müharibəsində işğaldan azad olunan Qarabağ haqqında maarifləndirici, təbliğat xarakterli materiallar hazırlamaqda davam edir. Növbəti material “Qarabağın görkəmli şəxsiyyətləri” adlı virtual sərgidir.

 

Virtual sərgidə Qarabağ torpağının yetirmələri olan Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və başqaları haqqında məlumat verilib. Təqdim olunan videoçarxlarda adıçəkilən ədəbiyyat və mədəniyyət sahəsi nümayəndələrinin həyat və yaradıcılığı haqqında ətraflı informasiya diqqətə çatdırılır.

 

Virtual sərgidə Cahangir CahangirovunQarabağ” mahnısı Sara Qədimovanın ifasında səsləndirilib.

 

İstifadəçilər virtual sərgiyə bu link vasitəsilə baxa bilərlər:

 

https://www.youtube.com/watch?v=8wRMnQWx9yQ

 

Mədəniyyət.- 2021.- 26 may.- S.7.