Musiqi Mədəniyyəti Dövlət Muzeyində Respublika Gününə həsr olunmuş tədbir

Mayın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq 28 May Respublika Günü münasibətilə iştirakçıları təbrik edib. Direktor Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın muzeyə göndərdiyi təbriki də diqqətə çatdırıb.

 

Muzeyin elmi işçisi Əzirə Abdullayeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət mövzusunda çıxış edib. Sonra mövzu ilə əlaqədar muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou nümayiş olunub.

 

Muzeyin Qədim musiqi alətləri ansamblı (bədii rəhbər, Xalq artisti Munis Şərifov) konsert proqramı ilə çıxış edib. Ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı Çırpınırdın, Qara dəniz, Qaragöz, Xan Şuşinskinin Şuşanın dağları mahnılarını ifa edib.

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.1.