Müsəlman Şərqində ilk respublika

 

1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən şərəfli səhifələrindəndir. Xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın müəllifi kimi adını tarixə yazdırıb. 28 MayRespublika Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü ilə bağlı bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları və tabe müəssisələrin rəhbərlərinin iştirakı ilə Respublika Gününə həsr olunan videokonfrans təşkil edilib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “İstiqlaliyyətimiz mübarək!” adlı onlayn tədbir keçirilib.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Samux rayon Mədəniyyət Mərkəzi, rayon Heydər Əliyev Mərkəzi və Mərkəzi kitabxana Respublika Günü münasibətilə müxtəlif tədbirlər keçiriblər.

 

Gəncə şəhər MKS-nin Mərkəzi kitabxanasının oxu zalı “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, Yaşa-yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı musiqili ədəbi-bədii gecə keçirib. Kəlbəcər rayon MKS-nin Sarıdaş kənd kitabxana filialında “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı onlayn tədbir təşkil olunub. Naftalan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində isə “Ey şanlı Azərbaycan” adlı tədbir gerçəkləşib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuşTariximizin şanlı səhifəsi” mövzusunda videokonfrans keçirilib.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürkəndi kənd Yaradıcılıq evində Respublika Günü ilə əlaqədar tədbir təşkil olunub.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı – 2 nömrəli şəhər klubu “Sənə Qələbə yaraşır, Azərbaycan” mövzusunda onlayn tədbir təşkil edib. Bərdə rayon Mədəniyyət Mərkəzi, Yevlax şəhər MKS və rayon Mədəniyyət Mərkəzinin filialları Respublika Günü ilə əlaqədar videoçarxlar hazırlayıblar.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon MKS-nin Məlikkənd kənd kitabxana filialı “Müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti” adlı “açıq kitabxana” təşkil edib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər 1 saylı orta məktəbin şagirdləri Respublika Günü ilə əlaqədar Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Qazax rayon MKS-nin  E.Hüseynov adına Mərkəzi kitabxanası rayonun Səməd Vurğun adına istirahət parkında “28 MayRespublika Günü: Ucalan bayraqlı Azərbaycanım” və “İlham Əliyev: “Gənclər tarixi olduğu kimi bilməlidirlər” adlı səyyar sərgilər təşkil edib.

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.3.