Türk İslam dünyasında ilk demokratik respublika

 

 

28 May – Respublika Günü münasibətilə müxtəlif ölkələrin dövlət hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir. Türk dünyası təşkilatlarının rəhbərləri Respublika Günü münasibətilə Azərbaycan Prezidentini   xalqını təbrik edirlər. Təbrik məktublarında 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Türk İslam dünyasında ilk demokratik respublika olduğu xüsusi vurğulanır.

 

“1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir”, – bu sözlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin məktubunda qeyd olunub.

 

Məktubda diqqətə çatdırılır ki, bu il martın 31-də Türk Şurasının qeyri-formal Zirvə görüşündə üzv dövlətlər Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq ərazilərin bərpası, yenidən qurulması reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycanla həmrəy olduqlarını bir daha yekdilliklə ifadə ediblər.

 

“Zati-alinizin liderliyi qətiyyəti sayəsində Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla, bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduğumu bildirmək istərdim”, – deyə Bağdad Amreyev vurğulayıb.

 

 “Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır”, – bu fikri isə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli təbrik məktubunda qeyd edib.

 

Məktubda daha sonra deyilir: “Müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, qardaş Azərbaycan xalqı illər boyu davam edən ədalətsizliyə Sizin öndərliyinizlə son qoyaraq möhtəşəm Zəfər qazanmaqla, Respublika Gününü daha fərqli hisslərlə böyük sevinclə qeyd edir. Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh firavanlıq arzulayıram”.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın dövlət başçısına təbrik məktubunda deyilir: “Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May, eyni zamanda, Türk dünyası tarixi salnamələrinə əbədi yazılmışdır. Fəxr edirik ki, Azərbaycan bütün dünyanın diqqətlə izlədiyi mədəni və multikultural məkanlardan birinə, eyni zamanda, davamlı inkişaf edən sülhsabitlik mərkəzinə çevrilmişdir”.

 

Məktubda həmçinin vurğulanır ki, bu il Respublika Günü Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda şanlı Qələbə çalmış ölkənin bayramı kimi qeyd olunur. Vurğulanır ki, 44 gün davam edən və işğal altındakı ərazilərin qaytarılması ilə nəticələnən Vətən müharibəsində yenilməz iradə ilə Azərbaycanın haqlı mövqeyini və qüdrətini bütün dünyaya nümayiş etdirən Azərbaycan Prezidenti Türk dünyasının qəhrəmanı adını qazanıb.

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovun da təbrik məktubunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə qoyduğu iz diqqətə çatdırılır. “Müsəlman Şərqində və Türk dünyasında ilk demokratik respublikanın yaradılması ilə əlamətdar olan bu şanlı tarix çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının həyatında mühüm tarixi mərhələnin başlanğıcı olmuşdur”, – deyə məktubda bildirilir.

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.1;2.