Görüşlər, tədbirlər, təqdimatlar

 

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” musiqi festivalında iştirak etmişHalayfolklor ansamblının üzvləri ilə görüşüb.

 

Ansambla festivalda uğurlu çıxışına görə mədəniyyət naziri Anar Kərimovun və regional idarənin adından təbriklərini çatdıran Bəxtiyar Qılıncov folklor kollektivinin uzunmüddətli fəaliyyətindən bəhs edib, ansamblın xarici səfərlər zamanı mədəniyyətimizi layiqincə təmsil etdiyini bildirib.

 

Sonda kollektivin üzvlərinə “Xarıbülbül” festivalındakı uğurlu çıxışa görə təşəkkürnamə təqdim edilib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş şəhər Habil Əliyev adına Uşaq musiqi məktəbində İtaliyanın təşkilatçılığı ilə keçirilən “Liberta creativa” beynəlxalq onlayn musiqi festivalında laureat adını qazanmış, məktəbin fortepiano ixtisası üzrə VII sinif şagirdi Həmayə Baxışovanın və onun ixtisas müəllimi Günay Musazadənin mükafatlandırılması mərasimi olub.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Zəfər komandanı” adlı onlayn görüş təşkil olunub.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi olmuş Vətən müharibəsi şəhidi Rauf Əliyevin xatirəsinə hazırlanmış barelyefin təqdimat mərasimi keçirilib. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Mərkəzi kitabxanasında 15 İyunMilli Qurtuluş Günü ilə əlaqədar regional idarə tərəfindən təşkil olunan “Azərbaycanın memarı” adlı regional yaradıcılıq müsabiqəsinin Şirvan şəhəri üzrə I mərhələsi keçirilib.

 

Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyi Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda onlayn konfrans keçirib.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli rayon uşaq incəsənət və musiqi məktəbləri direktorlarının bir qrupu ilə görüş keçirib. Görüşdə musiqi məktəblərinin fəaliyyəti dəyərləndirilib və gələcəkdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

 

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının “Şəhidlik  zirvəsinin fatehləri” kitabının təqdimatı keçirilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi Yusif Hümbətovla görüş olub. Qaxın Əmbərçay kənd kitabxanasında narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib.

 

Oğuz rayon MKS-nin Kərimli və Tayıflı kənd kitabxanalarında Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Uşaqların sevimli şairi” adlı videokonfrans təşkil edilib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Astara Pedaqoji Kolleci, Astara Rayon Gənclər və İdman İdarəsi və şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında antisosial davranışın qarşısının alınması, preventiv tədbirlər və müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyət istiqamətləri” mövzusunda videokonfrans keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Rayon Tarix-Diyarşünaslıq MuzeyiHüseyn Arifin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Qədim yurdun daş kitabəsi – Keşikçidağmövzusunda onlayn tədbir keçirilib.

 

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tovuz Rayon Tarix-Diyarşünaslıq MuzeyiTovuz Rayon Dövlət Rəsm Qalereyası əməkdaşlarının birgə təşkilatçılığı ilə milli mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədilə onlayn tədbir keçirilib.

 

Tovuz rayon Düz Cırdaxan kənd uşaq bağçası və körpələr evinin azyaşlı fidanları Tovuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsini və rayon Mədəniyyət Mərkəzində Tovuz şəhidlərinin şərəfinə yaradılmış guşəni ziyarət ediblər.

 

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvü Eşqin Quliyev “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində Bakı Xətai Sənət Mərkəzində keçirilən plenerdə 1-ci yerə layiq görülüb.

 

 

Görüşlər, tədbirlər, təqdimatlar

1 / 5

 28-05-2021  193

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” musiqi festivalında iştirak etmiş “Halay” folklor ansamblının üzvləri ilə görüşüb.

 

Ansambla festivalda uğurlu çıxışına görə mədəniyyət naziri Anar Kərimovun və regional idarənin adından təbriklərini çatdıran Bəxtiyar Qılıncov folklor kollektivinin uzunmüddətli fəaliyyətindən bəhs edib, ansamblın xarici səfərlər zamanı mədəniyyətimizi layiqincə təmsil etdiyini bildirib.

 

Sonda kollektivin üzvlərinə “Xarıbülbül” festivalındakı uğurlu çıxışa görə təşəkkürnamə təqdim edilib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş şəhər Habil Əliyev adına Uşaq musiqi məktəbində İtaliyanın təşkilatçılığı ilə keçirilən “Liberta creativa” beynəlxalq onlayn musiqi festivalında laureat adını qazanmış, məktəbin fortepiano ixtisası üzrə VII sinif şagirdi Həmayə Baxışovanın və onun ixtisas müəllimi Günay Musazadənin mükafatlandırılması mərasimi olub.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Zəfər komandanı” adlı onlayn görüş təşkil olunub.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi olmuş Vətən müharibəsi şəhidi Rauf Əliyevin xatirəsinə hazırlanmış barelyefin təqdimat mərasimi keçirilib. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkili Şahin Seyidzadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan şəhər Mərkəzi kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar regional idarə tərəfindən təşkil olunan “Azərbaycanın memarı” adlı regional yaradıcılıq müsabiqəsinin Şirvan şəhəri üzrə I mərhələsi keçirilib.

 

Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyi Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda onlayn konfrans keçirib.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Füzuli rayon uşaq incəsənət və musiqi məktəbləri direktorlarının bir qrupu ilə görüş keçirib. Görüşdə musiqi məktəblərinin fəaliyyəti dəyərləndirilib və gələcəkdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

 

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının “Şəhidlik  zirvəsinin fatehləri” kitabının təqdimatı keçirilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi Yusif Hümbətovla görüş olub. Qaxın Əmbərçay kənd kitabxanasında narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib.

 

Oğuz rayon MKS-nin Kərimli və Tayıflı kənd kitabxanalarında Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş “Uşaqların sevimli şairi” adlı videokonfrans təşkil edilib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Astara Pedaqoji Kolleci, Astara Rayon Gənclər və İdman İdarəsi və şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, gənclər arasında antisosial davranışın qarşısının alınması, preventiv tədbirlər və müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsində fəaliyyət istiqamətləri” mövzusunda videokonfrans keçirilib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Hüseyn Arifin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Qədim yurdun daş kitabəsi – Keşikçidağ” mövzusunda onlayn tədbir keçirilib.

 

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Tovuz Rayon Dövlət Rəsm Qalereyası əməkdaşlarının birgə təşkilatçılığı ilə milli mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədilə onlayn tədbir keçirilib.

 

Tovuz rayon Düz Cırdaxan kənd uşaq bağçası və körpələr evinin azyaşlı fidanları Tovuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsini və rayon Mədəniyyət Mərkəzində Tovuz şəhidlərinin şərəfinə yaradılmış guşəni ziyarət ediblər.

 

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvü Eşqin Quliyev “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində Bakı Xətai Sənət Mərkəzində keçirilən plenerdə 1-ci yerə layiq görülüb.

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.3.