Digitalart-lab” layihəsində daha bir görüş

 

 

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşanDigitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olub.

 

Mayın 24-də keçirilən virtual görüşdə Mobil Qarayev rəqəmsal incəsənət sahəsində qazandığı təcrübəni layihə iştirakçıları ilə bölüşüb, öz portfoliosunu təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.

 

Xatırladaq ki, rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərib, rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olub.

 

Görüşün videomaterialını Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı və sosial media hesablarından izləmək mümkündür.

 

Mədəniyyət.- 2021.- 28 may.- S.7.