Kiçik sanma onu kim düşmənindir...

Nizami sözündən incilər

 

Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Kiçik sanma onu kim düşmənindir,

Nərdi xam adamdan udmaq çətindir.

 

(Xosrov Şirin)

 

Bir xərabə görsən, qurmağa tələs,

Məsləhət belədir, əməyin itməz.

 

(Leyli və Məcnun)

 

Hünərli dünyada təxtü-tac alar,

Alçalmaz heç zaman, başı ucalar.

 

(Yeddi gözəl)

 

İnsan, dostu nacins olarsa əgər,

Ondan yalnız hədsiz pisliklər görər.

İki saf güzgünü üz-üzə qoysan,

Onlarda bir ləkə olmaz heç zaman.

 

(İsgəndərnamə İqbalnamə)

 

Həm hünər göstərmək, həm mal üçün

Çalışmaq bir borcdur istiqbal üçün.

 

(İsgəndərnamə Şərəfnamə)

 

Ürəyin aydınlığı xeyir verər o kəsə

Ki, özü heç danışmaz, qulaq asar hər səsə.

Ürəyin lüğəti ki qəlbdədir, könüldədir,

Onun tərcüməsi ürəkdəki dildədir.

 

(Sirlər xəzinəsi)

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.7.