Bizə Qələbə yaşadanlar unudulmur

 

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı və idarənin əməkdaşları Vətən müharibəsi şəhidi Zaur Kərimovun anım mərasiminə qatılıblar. Füzuli rayonunda məktəblilərin vətənpərvər ruhda inkişafı üçünTariximizi öyrənək” adlı layihəyə başlanılıb. Layihə çərçivəsində Qazaxlar kənd məktəbinin şagirdləri Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Şagirdlərə şanlı Zəfərimiz, eləcə də şəhidlərimizin qəhrəmanlıq dolu döyüş və həyat yolları barədə məlumat verilib.

 

Gəncə RMİ Kəlbəcər rayon MKS-nin Şaplar kənd kitabxana filialının işçiləri Vətən müharibəsi şəhidi Elbrus Hüseynovun ailəsi ilə “Şəhidlər hər an qəlbimizdədir” adlı görüş təşkil ediblər.

 

İsmayıllı RMİ-nin əhatə etdiyi Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

 

Ağdaş RMİ-nin Ağdaş rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar “Zəfər Gününü yaşadan qəhrəmanlar” mövzusunda tədbir keçirilib. İlk olaraq mərkəzin foyesində eyni mövzuda keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış olub. Müsabiqənin qaliblərinə regional idarənin fəxri fərman və hədiyyələri təqdim olunub. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Gündüz Səfərliyə həsr olunan videoçarx nümayiş etdirilib. Sonda Gəncə teatrının təqdimatında “Şuşa, sən azadsan!” adlı kompozisiya təqdim olunub.

 

Lerikdə “Şəhidlər abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, millət vəkili İqbal Məmmədov, şəhid valideynləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

 

Şəmkir RMİ-nin rəisi Zöhrab Adıgözəlov və idarənin kollektivi İkinci Qarabağ müharibəsi şəhidləri Kənan Müzəffərli və Elvin Mustafayevin anım tədbirində iştirak ediblər. Gədəbəy rayonunun Miskinli kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş memorial kompleksin açılışı olub. Tədbirə Gədəbəy Rayon İcra Hakimiyyəti və regional idarənin əməkdaşları, şəhid ailələri, qazilər qatılıblar.

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Xucbala kənd kitabxana filialında Vətən müharibəsi şəhidi Orxan Balayevin anım günü ilə əlaqədar “Şəhidlər unudulmur” adlı tədbir keçirilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsində (RMİ) Vətən müharibəsi şəhidi Samir Nadirovun atası ilə görüş keçirilib. İdarənin rəisi Rəşad Əliyev 44 günlük müharibədə Vətən oğullarının misilsiz şücaətindən söz açıb. O, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. İdarə tərəfindən qəhrəmanın il mərasimi üçün köməklik göstərilib. İdarənin rəisi və kollektivi Xızı rayonunda Vətən müharibəsi şəhidi Elməddin Cəfərovun anım mərasimində iştirak ediblər.

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin həyatı və döyüş yoluna işıq salan yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlər manifesti” kitabının təqdimatı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri, mədəniyyət müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tarixə qızıl hərflərlə yazılan Qələbə” adlı sərgisinin təqdimatı keçirilib. Tədbirdə mərkəzin əməkdaşları, Yardımlı Dövlət Rəsm Qalereyası və şəhər kitabxanasının kollektivi iştirak edib.

 

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin Daşbulaq kənd Diyarşünaslıq klubunda sakinlərin və II Qarabağ müharibəsi qazilərinin iştirakı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı görüş keçirilib.

 

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzi filiallarının əməkdaşları Vətən müharibəsi şəhidləri Təbriz Quliyev, Aqil Bağırov, Əfqan Səfərov, Bahələddin İsmayılov və Emin Əmrahovun ailələrini ziyarət ediblər. Qazax Dövlət Rəsm Qalereyasında Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Qazax şəhidləri” başlığı altında dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

 

 Mədəniyyət.- 2021.- 3 noyabr.- S.4.