Filmin qəhrəmanları biz deyilik, bu Zəfəri bizə yaşadanlardır”

 

Vətən müharibəsi gerçəklərinin əks olunduğuFulya” sənədli filminin təqdimatı keçirildi

 

 

 

Pandemiya səbəbindən bir ildən artıqdır fəaliyyəti dayanan Nizami Kino Mərkəzi, nəhayət, qapılarını sənətsevərlərin üzünə açdı. Oktyabrın 31-də burada Azərbaycan və Türkiyə kinematoqrafçılarının müştərək istehsalı olanFulya” sənədli filminin təqdimatı keçirildi.

 

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və kino xadimləri iştirak edirdi. Ekran işinin yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları –  türkiyəli telejurnalist Fulya Öztürkteleoperator Halil Kahraman da təqdimata qatılmışdı.

 

44 günlük Vətən müharibəsində media mənsubu kimi xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirən Fulya ÖztürkHalil Kahramanın canlı şahidi olduqları hadisələrdən, yaşantılarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.

 

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan filmin rejissorları Tahir Əliyev və Aykut Taşkın, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan DadaFariz Əhmədovdur.

 

Təqdimatdan əvvəl jurnalistlərə müsahibə verən Fulya Öztürk Vətən müharibəsində çəkilişləri yada salaraq operator Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdiklərini bildirdi: “Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu ölən və yaralanan insan gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da, həyatımda bu qədər stres yaşamamışdım. Gəncə şəhərindəki o qətliamı heç zaman unutmayacağam”.

 

“Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov ekran işinin Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacağını qeyd etdi.

 

Filmin nümayişindən öncə Mədəniyyət Nazirliyinin Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov giriş sözü ilə çıxış edərək qonaqları salamladı. Diqqətə çatdırdı ki, bu gün premyerası təşkil edilən “Fulyafilmi nazirliyin Vətən müharibəsi ilə əlaqədar elan etdiyiBöyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmləri müsabiqəsində qalib olan layihələrdən biridir.

 

Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi.

 

Fulya Öztürk çıxış edərək dedi: “Halil Kahramanla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətlərə şəxsən şahid oldum. Ermənistanın uşaq qatili olmasının sübutu kimi bu filmi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda AvropaAmerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdı. Bizdeyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu Zəfəri bizə yaşadan qəhrəman şəhidlər, qazilər, Azərbaycan Ordusudur, şəhidlərin ailələridir”.

 

SonraFulyafilmi nümayiş olundu. Filmdə 44 günlük Vətən müharibəsi günlərində  türkiyəli jurnalistin yaşadıqları lentə aldıqları görüntülər montaj edilmədən əksini tapıb.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.3.