Anar Kərimov məşhur türk seriallarının çəkildiyi məkanla tanış olub

 

Mədəniyyət naziri Anar Kərimov İstanbula səfəri zamanı həmkarı – Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ilə Türkiyənin məşhur seriallarının çəkildiyi məkanla tanış olub.

 

Onlar tanınmış ssenaristfilm prodüseri Mehmet Bozdağın müşayiəti ilə “Diriliş Ərtoğrul”, “Quruluş Osman”, “Bozkır Arslanı Cəlaləddin”, “Dastankimi milyonlarla tamaşaçının sevərək izlədiyi ekran əsərlərinin çəkiliş meydançasını ziyarət ediblər.

 

Yaradıcı heyətlə görüşüb, çəkiliş prosesi, buradakı texniki imkanlars. barədə məlumat alan Anar Kərimov son illər türk seriallarında rol alan həmyerlimiz, məşhur idmançı Zabit Səmədovla da səmimi söhbət edib.

 

Səfər zamanı Mehmet Bozdağın yaradıcısı olduğu film şirkətinin Azərbaycan Mədəniyyət Nazirliyi ilə kinematoqrafiya sahəsində gələcək əməkdaşlığı da müzakirə olunub.

 

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.3.